Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycana 153 elektrik mühərrikli avtomobil gətirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım demək olsa da, elektromobillərin ölkəyə avtomobil idxalında payı cəmi 0,5%-dir.
Baxmayaraq ki, ölkəyə idxal olunan elektromobillər gömrük rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisinə cəlb olunmur. Bu isə ölkə əhalisinin elektromobillərə marağının az olmasını göstərir. "Sahibkartv.az" məsələni "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevlə müzakirə edib.
Onun sözlərinə görə, Azərbaycanda elektromobillər üçün Elektrik Doldurma Məntəqələrinin (EDM) sayı kifayət qədər deyil, odur ki, vətəndaşlar daha çox ənənəvi qaydada çalışan - yalnız benzin və dizel yanacağı ilə işləyən maşınlar sürməyə üstünlük verir. Amma səbəb təkcə bu deyil.
"Biz benzin və dizel mühərrikli avtomobillərə öyrənmişik və elektromobillərə asanlıqla keçə bilmirik. ABŞ, Avropa və Yaponiyada hələ 2006-2007-ci illərdə hibrid avtomobillərə keçiblər. Ona görə də, həmin ölkələr üçün elektromobildən istifadəni genişləndirmək çətin olmayıb. Biz isə son bir neçə ildə hibrid avtomobillərdən istifadəyə üstünlük verməyə başlamışıq. Onların da çoxu ikinci əl, yararsız nəqliyyat vasitələridir. Bu səbəbdən də birdən-birə elektromobillərə keçmək çətindir", - deyə o, qeyd edib.
Eyyub ƏliyevEkspertin fikrincə, Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək üçün aşağı gəlirli insanların büdcəsinə uyğun maşınların satışı təşkil edilməlidir: "Sözsüz ki, ölkəmizdə satılan elektrikli avtomobillərin qiyməti çox yüksəkdir və bu səbəbdən də əhalinin hamısı onlara keçid etmək imkanına malik deyil. Hazırda qiyməti 70-80 min manatdan aşağı elektromobil yoxdur. Hesab edirəm ki, dilerlər ölkəyə daha ucuz, yəni aşağı təbəqə üçün nəzərdə tutulan elektromobillər də gətirməlidirlər. Məsələn, çox yaxşı olardı ki, Azərbaycanda qiyməti 30-35 min manat olan elektrik mühərrikli avtomobillərin satışını da müşahidə edək. Hazırda ölkəmizdə belə avtonəqliyyat vasitələri məhdud saydadır. Məndə olan məlumata görə, "Naxçıvan Avtomobil Zavodu" (NAZ) MMC-də bununla bağlı işlər gedir. Belə ki, NAZ Çin markalarının burada yığımını həyata keçirir. Hansı ki, bunların qiyməti 34-35 min manatdır. Hazırkı kredit şərtləri və dövlətin müəyyən etdiyi güzəştlər daha aşağı büdcəli avtomobillərin ölkəmizə gətirilib satılmasını məqbul edir”.
Açıqlanan son rəsmi məlumatlara görə, hazırda ölkədə elektromobillər üçün 33 EDM var. Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir.
P.S, Bu günlərdə Azərbaycan Mərkəzi Bankı “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”lara dəyişiklik edib. Dəyişikliyə əsasən, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. Ekspertlər hesab edir ki, bu yenilik ölkədə elektromobil sürməyə marağı artıracaq.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Azərbaycanda elektromobillərə maraq niyə azdır?
Bölməyə aid digər xəbərlər
Tarix: 16-08-2022, 14:20 Oxunub: 177
Bölməyə aid digər xəbərlər
11-07-2022, 13:01
Bahalaşan neftin qiyməti Azərbaycana necə təsir edə bilər?
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
9-06-2022, 14:20
Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
4-02-2021, 15:38
Sahibkarlara gömrük əməliyyatlarında Tam xidmət göstəririk
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi