Avtomatik İdeya Yoxlama Sistemi Sahibkarlara Yoldaşlıq Edir
14:43 / 26-04-2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
14:36 / 26-04-2025
Süni İntellekt İstehsalatda Zaman İdarəetməsini 40% Təkmilləşdirir
14:18 / 26-04-2025
Startaplar üçün “Zəif Nöqtə Analizi” Platforması Tətbiq Olundu
14:00 / 26-04-2025
Sahibkarlar üçün “Virtual Satış Məsləhətçisi” Dönəmi Başladı
13:45 / 26-04-2025
Mikrobizneslər üçün Avtomatik Risk Diaqnostikası Sistemi İstismara Verildi
13:16 / 26-04-2025
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
11:54 / 26-04-2025
Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
11:49 / 26-04-2025
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
11:06 / 26-04-2025
İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
10:55 / 26-04-2025
Ərdoğan Azərbaycana səfər edəcək
10:50 / 26-04-2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
10:42 / 26-04-2025
“HRVision AI” – İşə qəbulda obyektivlik və effektivlik yaradan sistem
20:22 / 25-04-2025
Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
20:10 / 25-04-2025
“VoiceSales” texnologiyası: Sadəcə danışaraq məhsul satmaq dövrü başladı
17:47 / 25-04-2025
“QrafikGen AI” – Marketinq Vizualarını Avtomatik Hazırlayan Sistem
16:44 / 25-04-2025
Qlobal buğda bazarındakı qeyri-müəyyənik Azərbaycana necə təsir edəcək?
Xeyli vaxtdı qlobal buğda bazarı dərin böhran içindədir. Bunun kökü hələ koronavirus pandemiyası dövrünə gedib çıxır. Belə ki, 2020-ci ildən etibarən COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimlərinə görə təchizat zəncirlərində pozulmalar baş verdi. Eyni zamanda iqlim dəyişikliyi ilə əlaqədar olaraq formalaşan anomal hava şəraitindən dolayı ixracatçı ölkələrdə istehsal göstəriciləri aşağı düşdü. Böhranı dərinləşdirən son amil isə bu ilin fevralında Rusiyanın Ukrayanaya qarşı başlatdığı müharibə oldu.Belə ki, buğdanın qlobal ixracının 29 %-i məhz bu iki ölkənin payına düşür. Adətən Qara dəniz regionundan buğda tədarükü yayda sürətlənirdi. Lakin Ukrayna limanlarının Rusiya hərbi gəmiləri tərəfindən bloklanmasından dolayı avqust ayına kimi dəniz vasitəsilə buğda ixrac etmək mümkün deyildi. Xarici alıcılar üçün nəzərdə tutulan 25 milyon ton buğda Ukraynada yığılıb qalırdı. Polşa və Rumıniya istiqamətində qurudan ixrac kanalı açılsa da onun otürücülük qabiliyyəti dəniz vasatəsilə daşınmalardan dəfələrlə az idi. Belə ki, müharibəyə kimi Ukrayna dünya bazarına aqrar məhsulların 90 %-ni məhz limanlar vasitəsisə çıxarırdı. Türkiyənin vasitəçiliyi ilə ötən ayın 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü. Bu vaxta kimi kifayət qədər vaxt itirildiyinə görə bu halın tələblə təklif arasındakı disbalansı aradan qaldıracağı az inandırıcı görünün. Məhsuldarlıq və ixracla bağlı bədbin proqnozlarda bunu təsdiq edir. Cari mövsümdə Ukraynada 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır.
Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2022/2023-cü məhsul ilində 19 milyon ton azalaraq 1 milyard 052 milyon ton olacağı təxmin edilir. Qara dəniz regionu ölkələri qrupu üzrə isə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 4,25 % azalaraq 128,4 milyon ton olması, ixracın isə 3,71 % azalaraq 59,7 milyon ton olması gözlənilir.
Göründüyü kimi dünya üzrə buğda istehsalı və ixracı ilə bağlı gözləntilər ürək açan deyil, bu isə həmin məhsula olan tələbatının əhəmiyyətli hissəsini xarici mənbələr hesabına təmin edən ölkələr üçün əlavə risklər yaradır. Belə ki, bu gün dünyada heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarından deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdədir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. 2021-ci ildə buğda istehsalı 1 milyon 885 min ton olub. Bu il 985,7 minhektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 %) buğda təşkil edib. Ötən illə müqayisədə bu il payızlıq və yazlıq buğdanın əkin sahəsi 4,4 % azalıb.
Buğda istehsalı ilə bağlı müxtəlif ölkələr qrupunun təcrübəsi göstərir ki, özlərini buğda ilə tam təmin edən ölkələr ya geniş ərazilərdə torpaq resurslarına malikdirlər, ya da zəruri həcmdə su resurslarına və uyğun iqlim şərtlərinə malik olmaqla suvarmaya əsaslanan intensiv texnologiyaların tətbiqi hesabına yüksək məhsuldarlıq göstəricisinə görə kifayət qədər məhsul istehsal edirlər. Dünyanın ən böyük buğda ixracatçıları olan ölkələrdə bir təsərrüfata düşən torpaq ölçüsü göstəricisi dünya və digər ölkələr üzrə orta göstəricidən dəfələrlə yüksəkdir. Məsələn Avstraliyada bu göstərici 3 243 hektar, Rusiyada 240-280 hektar, Kanadada – 273hektar, Ukraynada 100 hektar təşkil edir. Azərbaycanın isə öz tələbatını tam ödəyəcək həcmdə buğda istehsal etmək üçün geniş əkin əraziləri yoxdur. Ölkənin təqribən 3,2 milyon ton buğdaya olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün mövcud məhsuldarlıq (31,4sent/ha) səviyyəsində təqribən 1 milyon hektar (mövcud əkindən əlavə təqribən 400 minhektar), orta məhsuldarlığın perspektiv (35sent/ha) səviyyəsində isə təqribən 915 minhektar (mövcud əkindən əlavə təqribən 315 minhektar) sahə tələb olunur.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan buğda un istehsalı ilə yanaşı, həm də yem məqsədilə istifadə edilir. Belə ki, kiçik və orta ölçülü torpaq sahələrinə malik olan təqribən 200 min ailə kəndli təsərrüfatı istehsal etdikləri buğda və digər taxıl məhsullarını yem kimi öz təsərrüfatlarında istifadə etməklə ölkədə südün 96 %-ni, mal və qoyun ətinin 98-99 %-ni, quş ətinin isə 54 %-ni istehsal edir.
Bu ilin 1 avqust tarixinə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 97,3 %-i biçilib və 2 milyon 831 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 30,5 sentner olub. Bu isə qarşıdakı aylarda da buğda idxalının davam edəcəyi anlamına gəlir. Azərbaycan ənənəvi olaraq buğdanı Rusiyadan alır. Ötən il Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i onun payına düşüb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan xaricdən 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 % çoxdur, kəmiyyət olaraq – 0,2 % azdır. Hesabat dövründə Rusiyadan 92,212 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,6 % azalıb) 250 min 703 ton (-35,5 %), Qazaxıstandan 50,753 milyon ABŞ dolları dəyərində (16 dəfə artıb) 150 min 046 ton (+12dəfə) məhsul gətirilib.
2020-ci ildə Azərbaycan 1,4 milyon ton buğdanı xaricdən 297 milyon ABŞ dollarına alıbsa, 2021-ci ildə 1,15 milyon ton buğdaya 332 milyon ABŞ dolları ödəyib. Yəni idxalın həcmi azalsada dəyəri 12 % artıb. Son bir ildə isə idxal olunan buğda 82 ABŞ dolları və ya 77 % bahalaşaraq iyunda bir ton üçün 402 ABŞ dolları təşkil edib.
Bu, bilavasitə dünya bazarında cərəyan edən proseslərin nəticəsidir. Belə ki, Rusiyanın Ukrayanaya qarşı başlatdığı müharibə buğdanın qiymətlərinin kəllə çarxa çıxmasına səbəb olub. Qlobal bazarda buğdanın ixrac qiymətləri qısa müddət ərzində 2022-ci ilin fevral ayındakı 320-340 ABŞ dolları/ton səviyyəsindən martın əvvəlində, xüsusilə də ABŞ birjalarında füçers müqavilələri üzrə 530-540 ABŞ dolları/ton səviyyəsinə qədər yüksəldi. ABŞ bazarında buğdanın qiyməti 2019-cu ilin göstərici ilə müqayisədə bu ilin iki rübün nəticələrinə görə 97% artaraq bir ton üçün 415,2 ABŞ dollarına çatıb. Son bir il ərzində buğdanın ABŞ bazındakı qiyməti 44,2 % artıb. Rusiyadan ixrac edilən buğdanın qiymətində də 2022-ci ilin mart ayından kəskin artım müşahidə edilir. Son bir ildə buğdanın Rusiya bazarında ixrac qiyməti 62 % artaraq iyunda bir ton üçün 423,3 ABŞ dolları təşkil edib.
Hesabat ayında buğdanın 1 tonunun minimum qiyməti Qara dəniz limanlarında 420 ABŞ dolları, Azov dənizi - 395 ABŞ dolları olub.
Dünya bazarında cərəyan edən proseslər Azərbaycanın daxili iastehsalına da təsir göstərib. Belə ki, bu ilin iyununda Azərbaycanda istehsal olunan buğdanın bir tonunun qiyməti 610 manat olub ki, bu da bir il əvvəlki göstəricidən 220 manat və ya 56 % çoxdur.
Əksər proqnozlara görə, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli ola bilər. Bu isə qlobal buğda bazarındakı qeyri sabitliyin davamalı ola biləcəyinə işarə edir. Belə bir şəraitdə tələb çatışmazlığının dərinləşməsi qaçılmazıdır ki, bu da öz növbəsində buğda qiymətlərini sonrakı artımını stimullaşdıracaq. Hökümət səviyyəsində həyata keçirilən önləyici tədbirlərin effektivliyinə baxmayaraq onlar mənfi təsirləri tam şəkildə neytrallaşdırmaq üçün yetərli olmaya bilərlər.
Bölməyə aid digər xəbərlər

Göründüyü kimi dünya üzrə buğda istehsalı və ixracı ilə bağlı gözləntilər ürək açan deyil, bu isə həmin məhsula olan tələbatının əhəmiyyətli hissəsini xarici mənbələr hesabına təmin edən ölkələr üçün əlavə risklər yaradır. Belə ki, bu gün dünyada heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarından deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdədir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. 2021-ci ildə buğda istehsalı 1 milyon 885 min ton olub. Bu il 985,7 minhektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 %) buğda təşkil edib. Ötən illə müqayisədə bu il payızlıq və yazlıq buğdanın əkin sahəsi 4,4 % azalıb.
Buğda istehsalı ilə bağlı müxtəlif ölkələr qrupunun təcrübəsi göstərir ki, özlərini buğda ilə tam təmin edən ölkələr ya geniş ərazilərdə torpaq resurslarına malikdirlər, ya da zəruri həcmdə su resurslarına və uyğun iqlim şərtlərinə malik olmaqla suvarmaya əsaslanan intensiv texnologiyaların tətbiqi hesabına yüksək məhsuldarlıq göstəricisinə görə kifayət qədər məhsul istehsal edirlər. Dünyanın ən böyük buğda ixracatçıları olan ölkələrdə bir təsərrüfata düşən torpaq ölçüsü göstəricisi dünya və digər ölkələr üzrə orta göstəricidən dəfələrlə yüksəkdir. Məsələn Avstraliyada bu göstərici 3 243 hektar, Rusiyada 240-280 hektar, Kanadada – 273hektar, Ukraynada 100 hektar təşkil edir. Azərbaycanın isə öz tələbatını tam ödəyəcək həcmdə buğda istehsal etmək üçün geniş əkin əraziləri yoxdur. Ölkənin təqribən 3,2 milyon ton buğdaya olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün mövcud məhsuldarlıq (31,4sent/ha) səviyyəsində təqribən 1 milyon hektar (mövcud əkindən əlavə təqribən 400 minhektar), orta məhsuldarlığın perspektiv (35sent/ha) səviyyəsində isə təqribən 915 minhektar (mövcud əkindən əlavə təqribən 315 minhektar) sahə tələb olunur.

Bu ilin 1 avqust tarixinə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 97,3 %-i biçilib və 2 milyon 831 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 30,5 sentner olub. Bu isə qarşıdakı aylarda da buğda idxalının davam edəcəyi anlamına gəlir. Azərbaycan ənənəvi olaraq buğdanı Rusiyadan alır. Ötən il Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i onun payına düşüb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan xaricdən 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 % çoxdur, kəmiyyət olaraq – 0,2 % azdır. Hesabat dövründə Rusiyadan 92,212 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,6 % azalıb) 250 min 703 ton (-35,5 %), Qazaxıstandan 50,753 milyon ABŞ dolları dəyərində (16 dəfə artıb) 150 min 046 ton (+12dəfə) məhsul gətirilib.

Bu, bilavasitə dünya bazarında cərəyan edən proseslərin nəticəsidir. Belə ki, Rusiyanın Ukrayanaya qarşı başlatdığı müharibə buğdanın qiymətlərinin kəllə çarxa çıxmasına səbəb olub. Qlobal bazarda buğdanın ixrac qiymətləri qısa müddət ərzində 2022-ci ilin fevral ayındakı 320-340 ABŞ dolları/ton səviyyəsindən martın əvvəlində, xüsusilə də ABŞ birjalarında füçers müqavilələri üzrə 530-540 ABŞ dolları/ton səviyyəsinə qədər yüksəldi. ABŞ bazarında buğdanın qiyməti 2019-cu ilin göstərici ilə müqayisədə bu ilin iki rübün nəticələrinə görə 97% artaraq bir ton üçün 415,2 ABŞ dollarına çatıb. Son bir il ərzində buğdanın ABŞ bazındakı qiyməti 44,2 % artıb. Rusiyadan ixrac edilən buğdanın qiymətində də 2022-ci ilin mart ayından kəskin artım müşahidə edilir. Son bir ildə buğdanın Rusiya bazarında ixrac qiyməti 62 % artaraq iyunda bir ton üçün 423,3 ABŞ dolları təşkil edib.
Hesabat ayında buğdanın 1 tonunun minimum qiyməti Qara dəniz limanlarında 420 ABŞ dolları, Azov dənizi - 395 ABŞ dolları olub.
Dünya bazarında cərəyan edən proseslər Azərbaycanın daxili iastehsalına da təsir göstərib. Belə ki, bu ilin iyununda Azərbaycanda istehsal olunan buğdanın bir tonunun qiyməti 610 manat olub ki, bu da bir il əvvəlki göstəricidən 220 manat və ya 56 % çoxdur.
Əksər proqnozlara görə, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli ola bilər. Bu isə qlobal buğda bazarındakı qeyri sabitliyin davamalı ola biləcəyinə işarə edir. Belə bir şəraitdə tələb çatışmazlığının dərinləşməsi qaçılmazıdır ki, bu da öz növbəsində buğda qiymətlərini sonrakı artımını stimullaşdıracaq. Hökümət səviyyəsində həyata keçirilən önləyici tədbirlərin effektivliyinə baxmayaraq onlar mənfi təsirləri tam şəkildə neytrallaşdırmaq üçün yetərli olmaya bilərlər.
Tarix: 16-08-2022, 17:05 Oxunub: 220
Bölməyə aid digər xəbərlər
18-06-2022, 11:48
Azərbaycan duru yağa olan tələbatını tam ödəyə biləcəkmi?
5-06-2022, 19:30
Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
13-05-2022, 19:11
Gəncə sənayesində 185 milyon manatlıq istehsal - ŞƏHƏRİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ AÇIQLANDI
19-04-2022, 09:22
Buğda ixracatlarına qadağalar Azərbaycana necə təsir edəcək? - ŞƏRH
23-03-2022, 12:04
"Azərbaycanın sığorta şirkətləri qiymət artıra bilər"
12-03-2022, 16:40
Azərbaycanı da günəbaxan yağı defisiti gözləyirmi?
12-03-2022, 13:20
Müharibənin çörək sınağı: Taxıl bazarında nə baş verir?
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-12-2021, 20:43
Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
22-12-2020, 08:28
Dünyada ərzaq niyə bahalaşır? Dünyada ərzaq niyə bahalaşır?
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək