“Aİ-95" markalı avtomobil benzininin qiyməti artırılanda vurğulamışdıq ki, onun iqtisadiyyata, iqtisadi aktivliyə birbaşa təsiri olmayacaq. Daha çox yeni avtomobil sahiblərinin xərci artacaq. Amma "Aİ-92" markalı benzinin və dizel yanacağının bahalaşması iqtisadiyyata çox böyük mənfi təsir göstərə bilər”.
Bunu “Sahibkartv.az”a açıqlamasında Tarif (Qiymət) Şurasının ötəngünkü qərarını şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
“Söhbət elə bir mənfi təsirdən gedir ki, inflyasiyanın sürətlənməsinə gətirib çıxarardı, eyni zamanda qiymətlərin artmasına, istehsal prosesinə, ölkədaxili istehsal sahələrində müəyyən problemlər yaradardı. Biz bunu öncəki müddətdə də vurğuladıq. Tarif Şurasının həm "Aİ-92" markalı benzinin, həm də dizel yanacağının qiymətinin artırılması ilə bağlı müraciətə mənfi yanaşması hesab edirəm ki, doğru qərar idi.
Məncə istər Aİ-95 markalı benzin, istərsə də dizel yanacağının qiymətinin 15-20% deyil cəmi 1% qalxması real sektora ciddi fəsadlar törədərdi. Ən çox da kənd təsərrüfatı məhsullarının istehsalında problemlər yaradardı, qiymətlərin kəskin artımına səbəb olardı", - deyə o, qeyd edib.
Ekspertin fikrincə, cəmi 1 % qiymət artımı bazarda 5-7%-lik inflyasiyaya gətirib çıxarardı: "Bildiyiniz kimi bizdə müəyyən təsərrüfat subyektləri var ki, qiymət artımına çox meyillidir. Əmək haqqı, pensiya, sosial ödənişlər artanda, yanacaq bahalaşanda həmin təsərrüfat subyektləri öz xidmətlərinə, istehsal yaxud idxal etdikləri məhsullara ciddi qiymət artımı tətbiq edirlər. Bu baxımdan hazırkı vəziyyətdə yanacağın qiymətinin cəmi 1% artması həmin məhsulların zəncirvari şəkildə ən azı 5-7% bahalaşmasına səbəb ola bilərdi.
Bir məsələni də vurğulamaq istəyirəm ki, hazırda ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının maya dəyərinin formalaşmasınında bir çox amillərin rolu var. Onların içərisində ən böyük xüsusi çəki məhz yanacağa məxsusdur. Çünki yanacağın qiyməti məhz kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi rol oynayır. Çünki burada təkcə kənd təsərrüfatı texnikası deyil, loqistika məsələləri də əhəmiyyətlidir. Bu baxımdan enerji daşıyıcılarından birinin qiymətinin qalxması digərinə də təsir edir.
İnflyasiyanı cilovlamaqdan ötrü istehlakçıların, yəni əhalinin sosial həssas təbəqəsinin alıcılıq qabiliyyətinin qüvvədə qalması, onlara dəstəyin göstərilməsi məqsədi ilə 2021-ci ilin oktyabrından silsilə şəklində vaxtaşırı müxtəlif proqramlar, sərəncamlar, fərmanlar qəbul olunur. Müxtəlif iqtisadi tənzimləmə metodu ilə bu insanlara dəstək göstərilir. Eləcə də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini tədricən artırmaqla inflyasiyanı cilovlamağa çalışır. Yəni burada benzinin yaxud dizel yanacağının qiymətinin qalxmasına Tarif Şurası icazə versəydi, o zaman indiyə qədər görülmüş işlərdə çox ciddi mənfi fəsadlar olardı.
Bütün bunları nəzərə alaraq bildirmək istəyirəm ki, dünyada iqtisadi böhran aradan qalxana qədər nə "Aİ-92" markalı benzinin, nə də dizel yanacağının qiymətini qaldırmaq olmaz".
“HRVision AI” – İşə qəbulda obyektivlik və effektivlik yaradan sistem
20:22 / 25-04-2025
Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
20:10 / 25-04-2025
“VoiceSales” texnologiyası: Sadəcə danışaraq məhsul satmaq dövrü başladı
17:47 / 25-04-2025
“QrafikGen AI” – Marketinq Vizualarını Avtomatik Hazırlayan Sistem
16:44 / 25-04-2025
Tramp ermənilərin gözləntilərini puç etdi
16:00 / 25-04-2025
Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
15:30 / 25-04-2025
“TrainAI Pro” – Əməkdaşlar üçün Fərdi Təlim Proqramları Hazırlayır
15:16 / 25-04-2025
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
15:06 / 25-04-2025
Sabah 32 dərəcə isti olacaq
14:22 / 25-04-2025
Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
13:32 / 25-04-2025
İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
13:27 / 25-04-2025
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
12:56 / 25-04-2025
Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
12:25 / 25-04-2025
Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
11:46 / 25-04-2025
Sahibkarlıq güclənir: paytaxt və bölgələr yarışdadır
11:26 / 25-04-2025
Ekspert: “Yanacağın cəmi 1 % bahalaşması məhsulları 5-7 % bahalaşdırardı”
Bölməyə aid digər xəbərlər
Tarix: 27-07-2022, 17:23 Oxunub: 212
Bölməyə aid digər xəbərlər
12-07-2022, 08:03
“SOCAR Energy Ukraine” benzin idxalının yeni istiqamətlərini açıqlayıb
11-07-2022, 13:01
Bahalaşan neftin qiyməti Azərbaycana necə təsir edə bilər?
8-06-2022, 12:10
Niderlandda benzinin qiyməti yeni rekord həddə çatıbatları göstərir. Hazırda benzinin pər
1-06-2022, 14:35
Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
16-04-2022, 20:30
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: “Sənət sevgisi ilə ailəmə baxa bilmirdim” - MÜSAHİBƏ
29-01-2022, 19:38
Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlandı
22-12-2021, 14:29
Benzinin idxal dəyəri artıb - SİYAHI
23-10-2021, 14:12
Azərbaycanın idxal etdiyi benzinin həcmi AÇIQLANIB - SİYAHI
16-09-2021, 18:20
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
16-09-2021, 09:58
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
14-09-2021, 21:33
Sabahdan “Aİ-95” və “Aİ-98” benzinin qiymətində dəyişiklik olacaq
11-09-2021, 09:08
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
7-09-2021, 12:40
Ölkədə bahalaşmaya səbəb nədir?
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
21-04-2021, 13:42
SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU