13:09 / 09-11-2024
10:09 / 09-11-2024
10:03 / 09-11-2024
09:56 / 09-11-2024
09:45 / 09-11-2024
09:40 / 09-11-2024
09:32 / 09-11-2024
18:13 / 08-11-2024
13:11 / 08-11-2024
13:00 / 08-11-2024
10:00 / 08-11-2024
09:30 / 08-11-2024
09:15 / 08-11-2024
09:09 / 08-11-2024
09:00 / 08-11-2024
21:39 / 07-11-2024
21:00 / 07-11-2024
20:42 / 07-11-2024
20:17 / 07-11-2024
19:43 / 07-11-2024
19:00 / 07-11-2024
18:45 / 07-11-2024
18:00 / 07-11-2024
17:44 / 07-11-2024
17:16 / 07-11-2024
16:42 / 07-11-2024
16:00 / 07-11-2024
15:30 / 07-11-2024
14:22 / 07-11-2024
14:22 / 07-11-2024
14:10 / 07-11-2024
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli yeri olan “Ümid-Babək” layihəsi çərçivəsində “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8,1 milyon kubmetrə, kondensat hasilatının isə 1 200 tona (9 000 barel) qədər artırılması nəzərdə tutulub.
“Sahibkartv.az”ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, SOCAR tərəfindən icra edilən layihə şirkətin tarixində beynəlxalq təcrübəyə əsaslanan, innovativ texnologiyaları və müasir avadanlıqları tətbiq etməklə həyata keçirilən ilk layihələrdəndir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır.
İlkin hesablamalara görə Xəzər dənizində yerləşən “Ümid” qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon kubmetr kondensat həcmindədir.
Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 milyon kubmetr qaz və 470 ton (3 600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına nəql etdirilir
2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən reallaşdırılan bu layihə üzrə dənizdən quruya doğru “Ümid” yatağından Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 km məsafəni əhatə edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla yekunlaşıb.
“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3,7 km hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1” SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.
“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2,1 km-lik boru xəttinin çəkilməsi artıq tamamlanıb.
Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2,2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa olunub.
Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, “SOCAR Dalğıc”, “Wood Group”, “Jan De Nul”, “Saipem”, “Oceaneering”) iştirak ediblər. Artıq işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə qoşulmasının uğurla başa çatdırılması gözlənilir.
Bölməyə aid digər xəbərlər