İndoneziyada kokos qabığından biokömür istehsalına başlanıldı
22:14 / 10-04-2025
İngiltərədə gənclər üçün sosial sahibkarlıq fondu yaradıldı
21:42 / 10-04-2025
Ailə təsərrüfatları “mini pendir fabrikləri”nə çevrilir
21:30 / 10-04-2025
Uşaqlar üçün kənd təsərrüfatı düşərgələri populyarlaşır
21:21 / 10-04-2025
Kənd mədəniyyəti və sahibkarlıq festivalı keçirilir
20:44 / 10-04-2025
Çində kənd məktəbləri üçün AI əsaslı tədris platforması hazırlanıb
20:30 / 10-04-2025
Norveçdə məktəblərdə iqlim sahibkarlığı tədris olunur
20:25 / 10-04-2025
Almaniyada süni intellekt həkimləri təkmilləşdirir
19:49 / 10-04-2025
Yerli toxum bazarı kənd iqtisadiyyatını gücləndirir
19:30 / 10-04-2025
Kənd qadınları üçün pulsuz biznes akseleratoru istifadəyə verildi
19:19 / 10-04-2025
Gənc dizayner plastik tullantılardan geyim brendi qurdu
18:52 / 10-04-2025
ABŞ-da tibb tələbələri üçün innovasiya inkubatoru fəaliyyətə başladı
18:30 / 10-04-2025
Yaşlılar üçün texnoloji sahibkarlıq kursları keçirilir
18:20 / 10-04-2025
“Virtual kənd bazarı” fermerləri birləşdirdi
17:39 / 10-04-2025
Fransız startapı insan emosiyalarını analiz edən mobil tətbiq təqdim etdi
17:18 / 10-04-2025
Tələbələr üçün “rəqəmsal kənd təsərrüfatı” təhsili tətbiq olunur
16:44 / 10-04-2025
Yaponiyanın kəndlərində “robot fermerlər” məhsuldarlığı ikiqat artırdı
16:21 / 10-04-2025
Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir
16:00 / 10-04-2025
Günəş enerjili klinika minlərlə həyat xilas edir
15:47 / 10-04-2025
Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
15:30 / 10-04-2025
Finlandiyada məktəblilər 3-cü sinifdən biznes plan hazırlayır
15:17 / 10-04-2025
Qəhvə dənələrinin gücü: Kolumbiyalı qadın fermer dünya bazarına çıxdı
15:00 / 10-04-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
14:48 / 10-04-2025
“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı
14:22 / 10-04-2025
Tramp: İrana qarşı hərbi əməliyyatlara İsrail rəhbərlik edəcək
13:48 / 10-04-2025
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
13:43 / 10-04-2025
Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
13:18 / 10-04-2025
Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
11:35 / 10-04-2025
“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
11:30 / 10-04-2025
“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
11:22 / 10-04-2025
Danışıqlar 30 dəqiqə sonra başlayır...
10:38 / 10-04-2025
Fermerin gəlirini, torpağın ömrünü necə uzatmaq olar? – TƏHLİL
Bölməyə aid digər xəbərlər
Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatına xüsusi diqqət ayrılır, fermerlər mütəmadi olaraq yeni texnologiyalar barədə maarifləndirilir, hətta bunun üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılır. Bütün bunlarla yanaşı, torpaqların münbitliyi və təyinatına uyğun əkilməsi məsələsi də mühüm önəm daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində torpaq münbitliyinə nəzarət strateji əhəmiyyət kəsb edir. Bu ölkələrdə torpaq münbitliyinin idarəolunması ilə məşğul olan qurumlar torpağın keyfiyyətini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq vahid elmi-texniki siyasət həyata keçirirlər.
Məsələ ilə bağlı “Kaspi” qəzetində məqalə yayımlanıb.
Azərbaycanda da “Azərkəndkimya birliyi” adında bir qurum olub, lakin 1990-cı ildə həmin birlik ləğv edilib və bir çox funksiyaları müxtəlif icra orqanlarına həvalə olunub. Ancaq həmin icra orqanları arasında informasiya mübadiləsinin olmaması və onların praktikada olan problemlərə vahid prizmadan yanaşmaması torpaqların münbitliyinin idarə olunmasında, aqrokimyəvi xidmətdə xaotik vəziyyətin yaranmasına səbəb olub. Eyni zamanda, o dövrdə ölkədə mövcud olan torpaq analizi üçün laboratoriya şəbəkəsi də ləğv edilib. Nəticədə ölkənin bütün regionlarında torpaqların münbitliyi sürətlə azalmağa başlayıb. Gübrələrin kortəbii tətbiq olunması isə torpaqların ekoloji durumu pisləşib. Lakin son bir neçə ildə kənd təsərrüfatı sahəsində aparılan işlər, formalaşdırılan yeni qurumlar artıq əkin torpaqlarının münbitliyi məsələsinə xüsusi diqqət ayırıb. Torpağın arqo-kimyəvi analizlərinin aparılması da ölkənin qida təhlükəsizliyinin qorunmasına əsaslanaraq fermerlərə dəstək olmağı özündə ehtiva edir. Fermer öz torpağını aqrokimyəvi analizə verməklə hansı məhsulun daha səmərəli olduğunu, hansı gübrələrdən və nə qədər istifadə edilməsini dəqiqləşdirə bilir. Bu, nəticə etibarı ilə az xərclə bol məhsuldarlığa gətirib çıxarır. Bəs görəsən, bu sahədə vəziyyət nə yerdədir? Sahibkarlar aqro-kimyəvi analizlərə maraq göstərirmi?
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə bildirdi ki, əkindən qabaq torpaq analizlərinin aparılması onun münbitliyinin aşkar olunması, düzgün gübrə, qida rasionunun təyin edilməsi məqsədilə edilir: “Bu, daha çox aqro-kimyəvi analiz adlandırılır. Əkinçilikdə üç ana məfhum var - bağ, bitki və gübrə. Yəni bu üçbucağın tələblərinə riayət olunmalıdır. Torpağı analiz etdiyimiz zaman bilirik ki, burada nə əkiləcək, nə qədər qida maddələri ilə təmin olunacaq. Yəni fermer özü müəyyənləşdirir ki, məsələn, 10 hektar yerdə taxıl və ya yonca əksə, filan qədər xərci çıxacaq. Fermer bu addımı ilə öz xərclərini bir növ əvvəlcədən optimallaşdırır. Bundan sonra həm makro elementlər, həm də mikro elementlər cəhətdən gübrələmə dozaları müəyyən olunur. Artıq bundan sonra bəlli olur ki, bu torpaqda nə bitər. Fermer ümumi gübrələmə tətbiq etdiyi zaman torpağın məhsuldarlığını bilir. Tutaq ki, ona məxsus torpaqda 40 kiloqram azot var və 50 sentner məhsul almaq üçün lazım olan əlavə azot və digər gübrələri verməyi planlaşdırır. Yəni öz xərcini əvvəlcədən müəyyən etmiş olur”.
Direktor bir sıra fermerlərin bu metoda maraq göstərmək istəməməsinə toxunaraq vurğuladı ki, həmin şəxslərə məsələnin mahiyyəti izah edilir: “Onlara deyilir ki, torpaq sizin olsa da, ölkənin ərzaq təhlükəsizliyi də var. Yəni izah edilir ki, torpağı düzgün istifadə etməməklə, misal üçün, ölkədə taxıl ehtiyatının azalmasına dəstək vermiş olurlar. Amma işə düzgün qaydada yanaşılsa, deyək ki, ölkənin taxıla olan tələbatına bir faiz də olsa, köməklik edirlər. Belə deyək ki, həm də fermerin gəliri artır. Bir məqama diqqət edək, fermer kortəbii formada torpağa iki kisə azot gübrəsi verir. Amma normalda bu, ya azdır, ya da çoxdur. Beləcə, kortəbii şəkildə görülən işin nəticəsi olaraq, ilin sonunda 20 ton taxıl olur. Ancaq qeyd edilən qaydalara əməl edilsə, bəlkə də bu göstərici 30 ton olardı və artıq əldə etdiyi 10 ton taxılı gəlirinə sərf edərdi. Biz neçə illərdir laboratoriya analizləri ilə məşğuluq. Yəni bizə müraciət edən, verdiyimiz tövsiyələrə əməl edən şəxslərin böyük əksəriyyəti razılıq edir ki, çəkdiyi xərclər azalıb, məhsuldarlıq artıb”.
R.Vahabzadə qeyd etdi ki, 2018 və 2019-cu illərdə, təxminən 100 min hektar ərazi analiz edilmişdirsə, artıq analiz edilmiş ərazilərin hektar sayı 500 minə yaxınlaşır: “Təbii ki, söhbət payızlıq əkindən gedir. Bu artım digər təyinatlı yazlıq və çoxillik əkinlərdə də özünü büruzə verir. Qısa vaxt keçməsinə baxmayaraq, bu, çox böyük nəticədir. Onu qeyd edim ki, bu proses artıq gübrə bazarında da satışın düzgün təmin olunmasına gətirib çıxarır. Məsələn, kortəbii formada istifadə üçün 1-2 adda gübrə gəlirdisə, artıq belə deyil. İndi torpağın analiz nəticələrinə uyğun gübrə tərkibləri gətirilməyə başlanılıb”.
Tarix: 15-05-2022, 11:19 Oxunub: 204
Bölməyə aid digər xəbərlər
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
11-03-2022, 16:03
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz etdi – MƏTN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
17-10-2021, 11:59
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - ARAŞDIRMA+FOTO
5-08-2021, 10:02
"Torpağı bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır"
31-07-2021, 11:44
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - FOTO/VİDEO
6-05-2021, 13:57
Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
1-01-2021, 09:22
4.0 sənayesinə Qarabağ baxışı: Aqrar sektorun imkanları
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO