Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Operativ qərargah dörd komandaya məşqlərə başlamağa icazə verdi - ÖZƏL

Baxış: 406
Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.Oxu.Az-ın xəbərinə görə, növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən razılıq verilib.
Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.
Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir.
Bildirək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.
Qeyd edək ki, PFL prezidenti Ramin Musayev Oxu.Az-a müsahibəsində AFFA-nın bu dörd klub üçün dövlətdən razılıq alması üçün danışıqlar apardığını bildirmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.