Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İtaliya yığmasında məşqçi böhranı - Dünyanın ən yaxşıları imtina etdi

Baxış: 144
İtaliya yığmasında məşqçi böhranı - Dünyanın ən yaxşıları imtina etdi


Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasına rəhbərlik etmək təklifini rədd edib.
Bu barədə “Globo” nəşri məlumat yayıb.

Bununla bağlı İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini Ançelotti, eləcə də “Mançester Siti”nin keçmiş baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar apardıqlarını bildirib. Mətbuatın yazdığına görə, ispaniyalı mütəxəssis də İtaliya yığmasını çalışdırmaq təklifinə mənfi cavab verib.

Qeyd edək ki, Ançelotti 2025-ci ilin may ayından Braziliya yığmasını idarə edir. 67 yaşlı italyan mütəxəssisin mövcud müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, DÇ-2026-da Braziliya millisi mübarizəni 1/4 finalda dayandıraraq Norveçə 1:2 hesabı ilə məğlub olmuşdu.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.