Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar

Baxış: 72
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib.

AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən söz açıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılar üçün yaradılan geniş imkanlardan danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən biridir və nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir.

AHİK sədrinin müavini bildirib ki, “Sağlam həmkar” minifutbol turnirinin keçirilməsi sağlam həyat tərzinin təşviqi, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.

İdman tədbirində AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.

Sonra turnirin ilk oyunlarına start verilib. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.

Turnirə iyulun 10-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.