Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çempionlar Liqası: "Real" və PSJ qalib gəlib

Baxış: 54
Çempionlar Liqası: "Real" və PSJ qalib gəlib


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal” komandaları arasında keçirilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər üç görüşdə Norveçin “Budyo Qlimt” klubu evdə Portuqaliya “Sportinq”ini, İspaniya “Real Madrid”i İngiltərənin “Mançester Siti” kollektivini 3 cavabsız qolla üstələyib. Fransanın PSJ komandası isə evdə İngiltərənin “Çelsi” kollektivini 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə “Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya “Bavariya”sı İtaliyada “Atalaznta”nı 6:1, İspaniya “Atletiko”su doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib. “Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib müəyyənləşməyib – 1:1.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.