Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”

Baxış: 126
“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”


İngiltərənin “Liverpul” klubu sosial şəbəkə hesablarında Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda qarşılaşacağı “Qarabağ”ın oyunun startı veriləcəyi dəqiqə qeyri-adi rekord qıracağını qeyd edib.

““Qarabağ” avrokuboklar matçı üçün “Enfild Roud”a ən uzun məsafəni qət edərək gələn komanda olacaq.

Ev oyunlarını Bakıda keçirən Ağdam təmsilçisi “Liverpul”la oynamaq üçün 2583 mil (4157 km) yol qət edib.

Əvvəlki rekord 2012-ci ildə “Enfild”də oynamaq üçün 2378 mil (3827 km) yol qət edən Rusiyanın “Anji”klubuna məxsus idi.

“Liverpul” – “Qarabağ” görüşü sabah “Enfild Roud”da keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.