“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR
Tarix: 26-01-2026, 09:43
/
Baxış: 846
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu turun oyununa hazırlaşır.
Komandamız 8-ci turda çətin səfər oyununa çıxacaq - İngiltərədə yerli “Liverpul”un qonağı olacaq.
“Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00-da başlayacaq.
Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsupial xarakter daşıyır.
"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.
UEFA ekspertlərinin hesablamalarına görə, "Qarabağ" 90% Çempionlar Liqasının 24 komandası arasına - yəni "pley-off" mərhələsinə çıxışı təmin edib.
"Qarabağ" “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək.
Belə ki, 8-ci turda keçiriləcək 7 oyunun nəticəsi "Qarabağ" üçün çox maraqlı olacaq.
Əgər həmin 7 oyundan 2-sində, məsələn, "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) matçında ingilislər məğlub olmasa, "Qarabağ"ın "pley-off"a yolu istənilən halda avtomatik açılır.
"Qarabağ"ın uduzacağı təqdirdə "pley-off"a çıxması üçün açağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan heç olmasa ikisi uduzmamalıdır:
"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)
PSV (Hollandiya) - "Bavariya" (Almaniya)
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)
"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)
"Ayaks" (Niderland) - "Olimpiakos" (Yunanıstan)
"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)
Yeri gəlmişkən, "Qarabağ"ın “pley-off”dakı potensial rəqibləri də artıq məlumdur: komandamız növbəti mərhələdə bu 4 klubdan biri ilə qarşılaşacaq. Bunlar İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və “İnter”, Almaniyanın “Borussiya Dortmund” klublarıdır.
Qeyd edək ki, "Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq./Modern.az
Digər xəbərlər
Xəbər lenti
15:19
15-08-2026
15-08-2026
15:00
15-08-2026
15-08-2026
13:50
15-08-2026
15-08-2026
13:19
15-08-2026
15-08-2026
12:49
15-08-2026
15-08-2026
12:33
15-08-2026
15-08-2026
12:11
15-08-2026
15-08-2026
11:44
15-08-2026
15-08-2026
11:16
15-08-2026
15-08-2026
11:12
15-08-2026
15-08-2026
10:56
15-08-2026
15-08-2026
10:52
15-08-2026
15-08-2026
10:47
15-08-2026
15-08-2026
10:43
15-08-2026
15-08-2026
10:39
15-08-2026
15-08-2026
10:04
15-08-2026
15-08-2026
09:44
15-08-2026
15-08-2026
08:59
15-08-2026
15-08-2026
22:11
14-08-2026
14-08-2026
21:48
14-08-2026
14-08-2026
21:18
14-08-2026
14-08-2026
20:43
14-08-2026
14-08-2026
20:33
14-08-2026
14-08-2026
20:16
14-08-2026
14-08-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Bir Fikirdən Böyük Şirkətə: Sahibkarlığın Görünməyən Tərəfi
14-08-2026 22:11
/
270
Gələcəyin Ən Güclü Biznesləri Məhsul Yox, Sistem Quracaq
14-08-2026 21:48
/
216
Sahibkarlığın Yeni Dövründə Sürətdən Çox Çeviklik Qazanacaq
14-08-2026 21:18
/
225
Az Satıb Çox Qazanmaq Hansı Bizneslərdə Mümkündür?
14-08-2026 20:43
/
216
Biznesin Sabahını Bugünkü Müştəri Məlumatları Göstərir
14-08-2026 20:33
/
198
Xammalı Satmaqla Brend Satmaq Arasındakı Böyük Gəlir Fərqi
14-08-2026 20:16
/
207








































