Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Premyer Liqada fasilə bitdi - “Neftçi” “Zirə”yə qarşı

Baxış: 207
Premyer Liqada fasilə bitdi - “Neftçi” “Zirə”yə qarşı


Bu gün Misli Premyer Liqasında fasilə başa çatacaq və 17-ci tura start veriləcək.

“Yeni ildəki ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

“İmişli” Qubada “Araz-Naxçıvan”la qarşılaşacaq. “Neftçi” isə paytaxt derbisində “Zirə” ilə görüşəcək.

“Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunları sabah, “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Karvan-Yevlax” oyunları 25 yanvarda keçiriləcək.

Misli Premyer Liqası
17-ci tur
23 yanvar

“İmişli” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
Quba OİK stadionu, 14:30.

“Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev.
“Palms Sports Arena”, 19:00.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.