Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Formula 1” Azərbaycan Qran-prisində ikinci yarış günü başlayır

Baxış: 166
“Formula 1” Azərbaycan Qran-prisində ikinci yarış günü başlayır


Paytaxt Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində bu gün yarış həftəsinin ikinci mərhələsinə start veriləcək.

Sahibkartv.az xəbər verir ki, gün ərzində azarkeşləri həm “Formula 1”, həm də “Formula 2” üzrə maraqlı yürüşlər gözləyir. İlk olaraq pilotlar üçüncü sərbəst yürüşdə trası sınaqdan keçirəcəklər.

Bunun ardınca “Formula 2” üzrə sprint yarışı təşkil olunacaq. Günün əsas hissəsində isə “Formula 1” üzrə sıralama turu baş tutacaq və bu mərhələ yarış günündə start mövqelərini müəyyən edəcək.

Proqram (20 sentyabr):

  • 12:30 – “Formula 1” üçüncü sərbəst yürüş

  • 14:15 – “Formula 2” sprint yarışı

  • 16:00 – “Formula 1” sıralama turu

Xatırladaq ki, möhtəşəm idman hadisəsi olan Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.