Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Benfika ilə öz səviyyəmə geri döndüm"

Baxış: 162
"Benfika ilə öz səviyyəmə geri döndüm"


Xəbər verdiyimiz kimi, Portuqaliya nəhəngi "Benfika" yeni baş məşqçisini açıqlayıb. Klub, son olaraq Fənərbağçanı çalışdıran məşhur mütəxəssis Jose Mourinyonu komandaya gətirdiyini rəsmən elan edib. Portuqaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Müqavilə imzasından sonra açıqlama verən Mourinyo bunları deyib:

"Dünyanın ən böyük klublarından birinin baş məşqçisi olmaq mənim üçün böyük qürurdur. Burada olduğum üçün xoşbəxtəm. Tək məqsədim qalib gəlməkdir. Bundan sonra Benfika üçün yaşayacağam."

Mourinyo sözlərinə davam edərək diqqətçəkən açıqlama verib:

"Baş məşqçi olduğum heç bir klub, məni Benfikanın baş məşqçisi olmaq qədər motivasiya etməmişdi. Fənərbağçaya getmək mənim səhvim idi. Son günə qədər əlimdən gələni etdim, amma indi Benfika ilə öz səviyyəmə geri döndüm."

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.