Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qarabağ” sübut etdi ki... - “Kayrat”ın baş məşqçisi

Baxış: 107
“Qarabağ” sübut etdi ki... - “Kayrat”ın baş məşqçisi


“Qarabağ”ın “Benfika”ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də “Sportinq”lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.

“Bunu Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda “Sportinq”lə keçirəcəyi oyundan əvvəl deyib. 

Çalışdırıcı bildirib ki, rəqibləri son Portuqaliya çempionu “Sportinq”lə oyun üçün motivasiyaları var: “Sportinq”lə oyun bizim üçün həyəcanvericidir. İlk dəfədir Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bu mərhələdə bütün komandalar yüksək səviyyədədir. Bu, həm özümüzü göstərmək, həm də tanınmış rəqib qarşısında gücümüzü sınamaq imkanıdır. “Sportinq”lə oyun bizim nə dərəcədə hazır olduğumuzu göstərəcək. Matçı böyük səbirsizliklə gözləyirik”.

Urazbaxtin Avropada “Kayrat”a inam olmadığını bildirib: “Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal verən donor komanda olacağıq. Təbii ki, bu, bizi incidir. Bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Onsuz da Çempionlar Liqasına düşmək bizim üçün böyük hadisədir. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik”. 

Qeyd edək ki, “Sportinq” - “Kayrat” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.