Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ronaldo "Əl-Nəsr"dən ayrılır: Yeni klubla danışıq aparır

Baxış: 214
Ronaldo "Əl-Nəsr"dən ayrılır: Yeni klubla danışıq aparır


Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı növbəti dəfə transfer xəbərləri gündəmdədir.

Offsideplus.az "GOAL" nəşrinə istinadən xəbər verir ki, Ronaldo FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək bir klubla danışıqlar aparır. Bu isə onun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk etməsi ehtimalını artırıb.

"Əl-Nəsr"in sözügedən turnirə vəsiqə qazana bilməməsi səbəbilə Ronaldo bu yarışda oynamaq arzusu ilə yeni klub axtarışına çıxıb. Qeyd edək ki, onun Səudiyyə təmsilçisi ilə olan müqaviləsi iyun ayında başa çatır.

Eyni zamanda, FIFA prezidenti Canni İnfantinonun məsələ ilə bağlı verdiyi açıqlamalar Ronaldonun nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. Onlar danışıqların ictimailəşməsini vaxtsız və uyğun olmayan addım kimi qiymətləndiriblər.

Ronaldo karyerası ilə bağlı yekun qərarını yaxın günlərdə verməlidir. O, ya "Əl-Nəsr"lə müqaviləsini uzadacaq, ya da Klublararası Dünya Çempionatında iştirak etmək üçün yeni klubla qısa müddətli anlaşmaya imza atacaq.

Ölkə.Az xatırladır ki, portuqaliyalı ulduzun keçəcəyi klublar arasında "Beşiktaş", "Sportinq", "Əl-Əhli", "Los Angeles" və "Chelsea"nin adı çəkilir. Bu barədə "Mirror" məlumat yayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.