Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Baxış: 238
Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyanın Eforie Nord şəhərindəki Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib.
Son turda heç-heçə oynayan qrossmeyster 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran Read Səmədov ilk "20-liy"ə daxil olub.
Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb.
Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda mübarizə aparacaq. Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.
Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.
Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda əldə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.