Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
Tarix: 22-11-2024, 09:45
/
Baxış: 1 296
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik etdiyi komandanın Millətlər Liqasındakı fiaskosundan sonra istefaya göndərilə bilər.
Publika.az-ın əldə etdiyi məlumata görə, tarixinin ən pis qrup turnirini keçirən və yekun nəticədə D Liqasına yuvarlanan yığmanın uğursuzluğu AFFA rəhbərliyini narahat edib. Federasiyanın prezidenti Rövşən Nəcəf uğursuz nəticədən əlavə, gələcək üçün heç bir ümid verməyən komandanın durumundan narahat olmağa başlayıb. Estoniya (0:0) və İsveçlə (0:6) görüşlərə qədər 70 yaşlı portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdıran və ona DÇ-2026-nın seçmə mərhələ oyunlarında şans verməyi düşünən federasiya rəhbəri tənqidlərdən və narazılıqlardan bezərək fikrini dəyişməyə başlayıb.
Məlumata görə, Rövşən Nəcəf Millətlər Liqasındakı çıxışla bağlı Fernandu Santuşdan hesabat istəyib. Portuqaliyalı məşqçi hesabatı yaxın günlərdə şəxsən Azərbaycan futboluna cavabdeh olan şəxsə təqdim edəcək.
Görüşün bu günlərdə və ya yeni iş həftəsinin əvvəlində baş tutma ehtimalı var. Məhz həmin toplantıda Santuşun gələcəyinə aydınlıq gələcək.
Görüş zamanı baş məşqçi ilə yolların ayrılması müzakirə olunacaq. Bu məsələdə ən böyük əngəl Fernandu Santuşun müqaviləsindəki yüksək təzminat məbləğidir. Uğursuzluq fonunda portuqaliyalıdan kompensasiyanın azaldılması da istənilə bilər.
Qeyd edək ki, bu ilin yayında Fernadu Santuşla AFFA arasında 3+1 illik müqavilə imzalanıb.
Digər xəbərlər
Xəbər lenti
16:53
24-11-2026
24-11-2026
16:23
24-11-2026
24-11-2026
16:00
24-11-2026
24-11-2026
15:46
24-11-2026
24-11-2026
15:30
24-11-2026
24-11-2026
15:17
24-11-2026
24-11-2026
15:00
24-11-2026
24-11-2026
14:22
24-11-2026
24-11-2026
13:57
24-11-2026
24-11-2026
13:38
24-11-2026
24-11-2026
13:11
24-11-2026
24-11-2026
12:05
24-11-2026
24-11-2026
11:59
24-11-2026
24-11-2026
10:58
24-11-2026
24-11-2026
10:55
24-11-2026
24-11-2026
10:40
24-11-2026
24-11-2026
10:35
24-11-2026
24-11-2026
10:14
24-11-2026
24-11-2026
10:00
24-11-2026
24-11-2026
09:42
24-11-2026
24-11-2026
09:36
24-11-2026
24-11-2026
09:25
24-11-2026
24-11-2026
09:15
24-11-2026
24-11-2026
09:00
24-11-2026
24-11-2026
22:11
23-11-2026
23-11-2026
21:48
23-11-2026
23-11-2026
21:18
23-11-2026
23-11-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Aqrar İxracda Uğurun Formulu Nədən İbarətdir?
24-11-2026 16:53
/
927
Dünya Ticarətində Ərzaq Diplomatiyasının Gücü
24-11-2026 16:23
/
1 098
Torpaq, Su və Texnologiya Gələcəyin Üç Əsas Sütunudur
24-11-2026 15:46
/
873
Aqrar Sektorun İnkişafı İqtisadi Sabitliyin Açarıdır
24-11-2026 15:17
/
1 170
Sabahın Dünyasında Ən Böyük Sərvət Məhsuldar Torpaq Olacaq
24-11-2026 15:00
/
1 377
Torpağın Dilini Oxuyan Fermerlər Gələcəyin Qalibləridir
23-11-2026 22:11
/
1 233








































