Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Baxış: 54
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi


Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb.

“aia.az” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub.

Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəsi ilə öldürüb. Belə ki, onlar ailə münaqişəsi zəmininə mübahisə ediblər. Orxan arvadını döydüyü üçün qayınatası ona irad bildirib və qızını niyə vurduğunu soruşub. Bu zaman onlar arasında münaqişə yaranıb.

Nəticədə kürəkən qayınatasının döş qəfəsinə yumruqla vurub. Zərbənin təsirindən kişinin qabırğası sınıb və ürəyinin aorta damarını zədələyib. Ağır xəsarət alan kişi daxili qanaxmadan ölüb.

Orxan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 10 il həbs cəzası verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.