Şəhidlər xiyabanında etdiklərinə görə tutulanları hansı cəza gözləyir? - AÇIQLAMA
Tarix: 18-08-2025, 13:12
/
Baxış: 243
Xəbər verdiyimiz kimi, Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülər yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bəs, qeyri-etik davranan əcnəbiləri hansı cəza nə gözləyir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, Azərbaycan Respublikasında əcnəbilərin gəlişi, ümumiyyətlə, turistlərin axını bütün dövlətlərdə olduğu kimi bizim dövlətimizin də marağındadır.
Onun sözlərinə görə, ölkəyə turistlərin böyük axını həm ölkəyə əlavə vəsaitin gəlməsi ilə, həm də valyutaların ölkəyə idxalıyla nəticələnir və bu da dolayısıyla ölkə iqtisadiyyatına bir üstünlük qazandırır:
"Lakin ölkəyə gələn bütün əcnəbilər, eyni zamanda, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qüvvədə olan hüquqi aktlara, bizim Konstitusiyamıza və qanunlara tabe olmalıdırlar. Bizim qanunvericiliyə əməl etməlidirlər.
Əcnəbilərin hüquqlarını və vəzifələrini tənzimləyən qanunlarla bağlı onu deyə bilərik ki, ilk öncə Konstitusiyamızın 69-cu maddəsinə əsasən, əcnəbilər Azərbaycan Respublikasında olarkən qanunla və beynəlxalq müqavilələrə uyğun olaraq ölkə vətəndaşları ilə bərabər hüquqlardan istifadə edir və vətəndaşlarla bərabər vəzifələr daşıyırlar".
Hüquqşünas bildirib ki, Konstitusiyamızın müvafiq maddəsindən göründüyü kimi, Azərbaycan Respublikası ərazisində əcnəbilərə xüsusi bir üstünlük, imtiyaz nəzərdə tutulmur:
"Azərbaycan ərazisində törədilən istənilən hüquqazidd əmələ görə, xüsusilə cinayətlə bağlı da Cinayət Məcəlləsinə nəzər salmaq lazımdır.
Miqrasiya Məcəlləsinin 76-cı maddəsində birbaşa göstərilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər qanunvericilik tələblərinə dönmədən əməl etməlidirlər.
Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Adət və ənənələrin təbii ki, başında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün şəhid olan, canından keçən şəxslərə hörməti və ehtiram olunması durur. Hər hansı bir əcnəbi, əgər Azərbaycan xalqının adət-ənənəsinə, eyni zamanda qanunvericilik haqlarımıza, konstitusiyamıza hörmət etmirsə, bunları pozursa, hər bir halda etdiyi əməlin tərkibinə müvafiq olaraq hüquqi məsuliyyətə cəlb edilə bilər. Hətta ölkə ərazisindən deportasiya oluna bilər".
Qeyd edək ki, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Sözügedən maddəyə əsasən saxlanılan şəxsləri islah işləri — iki ilədək müddətə və ya azadlıqdan məhrum etmə — beş ilədək müddətə cəzalandırılma gözləyir.
Digər xəbərlər
Xəbər lenti
16:00
05-12-2025
05-12-2025
15:46
05-12-2025
05-12-2025
15:19
05-12-2025
05-12-2025
15:18
05-12-2025
05-12-2025
15:16
05-12-2025
05-12-2025
15:00
05-12-2025
05-12-2025
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Fermer Sahibkarlar Balı Onlayn Platformada Brend Satışa Çevirir
05-12-2025 15:46
/
18
Arıçılıqdan Premium Məhsula Sahibkarlıq: Kənd Məhsulunu Rəqəmsal Bazara Çevirmək
05-12-2025 15:17
/
54
Baldan Brendə: Arıçılıqda Fermer Sahibkarların Yeni Gəlir Modeli
05-12-2025 15:00
/
90
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
144
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117




































