12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
Azərbaycanın məşhur mineral sularından olan “Badamlı”nın Dünyada alıcı kütləsi artır. Hazırda“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İraq, Kanada, Türkiyə və Özbəkistana ixrac olunur. Yaxın günlərdə “Badamlı" mineral sularının İtaliyaya da ixracına başlanacaq. Bu əlamətdar hadisə Şirkətin 75-ci ildönümünə təsadüf edir.
Sahibkartv.az xəbər verir ki, ilk öncə "Badamlı"nınİtaliyanın biznes və sənaye mərkəzi olan Milan şəhərində satışına başlanılacaq.
Bu münasibətlə reklam çarxı hazırlanıb. Çəkilişlər Milan şəhərində aparılıb.
Şahbuz rayonunda yerləşən Badamlı kəndinin mineral bulaqları XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb. 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb.
Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 75 ildir ki, süfrələri bəzəyir.
Badamlımineralsuyununkəşfivədünyada tanıdılmasıgeologiya-mineralogiya elmləri doktoru ƏzizƏsgərovun adıiləbağlıdır. 1945-1947-ci illərdə onun rəhbərliyi altındaŞahbuzrayonu,Badamlı qəsəbəsiərazisindəaparılan elmi-tədqiqatişlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkarolunub.
Azərbaycanda ilkdəfə1947-ci ildə mineral suyun qablaşdırılmasına başlanılıb.
Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artmışdır.
İstehsal edildiyi gündən Badamlı mineral suyunun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Artıq 1970-1980-ci illərdə Badamlı zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilirdi.
1947-ci ildən bəri kiçikdən böyüyə hər kəsin dilində əzbər olan "Badamlı" suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən məhsullardan biridir.
Mineral suya olan tələbat artdığı üçün 2009-cu ildə Badamlı qəsəbəsində ümumi sahəsi 10590 m2 olan yeni zavod inşa edilib. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarlarından ibarətdir.
Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb.
2020-ci ilin əvvəllərində “Badamlı”-nın yeni istehsal binası istifadəyə verilib. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.
Bölməyə aid digər xəbərlər