Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Emin Əmrullayev: “Bakı ilə London arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır”

Baxış: 231
“Bakı ilə London arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakıda Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
Nazirin sözlərinə görə, bu 30 il ərzində Azərbaycan çətinliklərlə üzləşib - ərazisinin 20 faizə yaxını işğal olunub, çoxlu sayda insan məcburi köçkünə çevrilib.
“Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sayəsində ölkə işğal olunan torpaqları geri qaytarmaqla bu çətinliklərin öhdəsindən gəldi”, - o bildirib.
E.Əmrullayev qeyd edib ki, Britaniya şirkətləri bu gün işğaldan azad edilmiş ərazilərin bərpasında və minalardan təmizləmə işlərində də iştirak edirlər.
O, həmçinin təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
E.Əmrullayevin sözlərinə görə, bu gün çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır, o cümlədən Azərbaycanda xeyli insan ingilis dilini öyrənir.












Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.