Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlikdən karantin rejiminə görə iş tapa bilməyən vətəndaşla bağlı AÇIQLAMA

Baxış: 356
Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Alim Fəzail oğlu Həşimovun maddi çətinliyinin olması və karantin rejiminə görə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən yerində araşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.
F.Talıblı bidirib ki, Alim Həşimov aprel ayında birdəfəlik ödəmə üçün elektron müraciətini natamam doldurduğundan qeydiyyata alınmayıb:
“Ona və həyat yoldaşı Elvina Həsənəliyevaya haqqı ödənilən ictimai işlər barədə məlumat verilib və bu işlərə cəlb olunmaları təklif edilib. Alim ictimai işlərdə çalışmaq üçün gələn həftə ərzində müvafiq sənədləri təqdim edəcəyini bildirdi. Onunla əmək müqaviləsi bağlanacaq və rəsmi iş yeri ilə təmin ediləcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.