Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məlhəm Beynəlxalq Hospitalda Bakı Neyrovaskulyar Simpoziumu 2026 keçirildi

Baxış: 108


 
Tədbir neyrovaskulyar xəstəliklərin müasir diaqnostika və müalicə yanaşmalarına həsr olunaraq, yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirdi. 
Sahibkartv.az bildirir ki, Simpozium çərçivəsində kəllədaxili anevrizmaların və işemik insultun təkmilləşdirilmiş endovaskulyar müalicə üsulları ilə bağlı aktual mövzular üzrə təqdimatlar keçirildi. İştirakçılar ən son klinik təcrübələr və innovativ yanaşmalar barədə ətraflı məlumat əldə etdilər. Tədbirin moderatorları professor doktor Nuran Abdullayev, Mark Vekemans və Gunther Peeters olub. Spikerlər qismində Prof.Dr Alejandro Tomasello, Prof.Dr Anastasios Mpotsaris, Dr,Ruslan Pişanov, Dr.Ağakişi Yahyayev, Dr.Cavid Əhmədov və Dr. Ruslan Əliyev çıxış edərək öz elmi-praktik təcrübələrini iştirakçılarla bölüşüblər.
Simpozium çərçivəsində həmçinin interaktiv kliniki müzakirələr təşkil olunub, qabaqcıl tibbi texnologiyaların tətbiqi imkanları geniş şəkildə müzakirə edilib. Tədbirin ikinci hissəsi əməliyyatxana şəraitində keçirilən praktiki təlimlərlə davam edib ki, bu da iştirakçılara nəzəri biliklərini real klinik mühitdə tətbiq etmək imkanı yaradıb. 
“Bakı Neyrovaskulyar Simpoziumu 2026” müasir neyrovaskulyar müalicə sahəsində bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.












Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.