Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI

Baxış: 27
Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI


Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.

 Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri təsdiq edilib.

Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri təsdiq edilib.

Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.

Birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilib.

Müəyyən edilib ki, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.