
İşəgötürənlər haqqında əlavə qanunun qəbul edilməsini təklif edirik.
Sahibkartv.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
M.Musayevin sözlərinə görə, bəzi mütəxəssislər deyirlər ki, Əmək Məcəlləsi yetərlidir, əlavə qanunun qəbul edilməsinə ehtiyac yoxdur.
“Lakin beynəlxalq təşkilatların mövqeyi də odur ki, işəgötürənlər haqqında əlavə qanunun olması məqsədəuyğundur. Bunu işçi qaydada müzakirə edərik”, - o vurğulayıb.





































