Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İstanbul-İrəvan uçuşları bu tarixdən başlayır

Baxış: 236
Reuters və Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Pegasus və Flyone Armenia aviaşirkətləri fevralın 2-dən İstanbul və İrəvan arasında qarşılıqlı uçuşlara başlayacaq.
Sahibkartv.az xəbər verir ki, Reuters-in şirkət sözçüsünə istinadən verdiyi məlumata görə, ötən həftə uçuş icazəsi üçün Ermənistan Mülki Aviasiya Komitəsinə müraciət edən Pegasus, ilk İstanbul-İrəvan uçuşunu fevralın 2-də edəcək. Şirkət geri dönüş uçuşunu fevralın 3-də həyata keçirəcək.
Russiyanın xəbər agentliyi TASS da öz məlumatında bildirib ki, dekabr ayında uçuş icazəsi üçün müraciət edən "Flyone Armenia" ilk İrəvan-İstanbul uçuşunu fevralın 2-də yerinə yetirəcək.
Bildirilir ki, qarşılıqlı uçuşların başlanması münasibətlərin normallaşması prosesində atılan addımlardan biri ola bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.