
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci il üçün xalis minimum əməkhaqqının (net asgari ücret) 50% artımla 4 min 253 Türk Lirəsi (488.2 manat ) müəyyən olunduğunu açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, Ərdoğan, 2022-ci ildən etibarən minimum əməkhaqqı üzərindəki gəlir vergisini ləğv edəcəklərini bildirib.
Ərdoğan, "Beləliklə işə götürəni 450 lirəlik bir yükdən xilas edirik" deyib.
2022-ci il üçün vergilər daxil minimum əməkhaqqı (brüt asgari ücret) 5 min 4 türk lirəsi (574.46 manat) olacaq.





































