Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada qazın qiyməti 1100 dolları ötüb

Baxış: 324

20 oktyabrdan bəri ilk dəfə Avropada qazın qiyməti 1000 kubmetr üçün 1100 dolları ötüb. 
Sahibkartv.az ICE birjasının məlumatlarına əsasən xəbər verir ki, dekabr fyuçerslərinin qiyməti yenidən 1000 kubmetr üçün 1100 dollar həddini ötüb. Ötən gün ticarətin bağlanışında qiymət min kubmetr üçün 1116 dollara qalxıb.  
Almaniyada "Şimal axını - 2" operatorunun sertifikatlaşdırılmasının dayandırılması xəbəri ilə ticarət zamanı qaz bahalaşıb. Bundan əlavə, noyabrın 17-də axşam saatlarında “Qazprom” təbii qazın Ukrayna ərazisindən və Polşadan  (Yamal-Avropadan) keçməklə tranziti üçün əlavə gücü yenidən sifariş etməyib.
Almaniya Federativ Respublikasının Agentliyi tərəfindən daha əvvəl bildirildiyi kimi, baş ofisi İsveçrənin Zuq şəhərində yerləşən “Nord Stream 2 AG” şirkətinə “Şimal axını 2” operatorunun sertifikatlaşdırması dayandırılıb. 
“Şimal axını 2”nin tikintisi 2021-ci il sentyabrın 10-da tam başa çatıb. Əvvəlcə onun 2019-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılırdı, lakin ABŞ-ın sanksiyaları səbəbindən tikinti ləngidi. Qaz kəməri ümumi gücü 55 milyard kubmetr olan iki xəttdən ibarətdir və Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanır. Qaz kəmərini işə salmaq üçün müstəqil nəqliyyat operatoru kimi qeydiyyatdan keçmək tələb olunur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.