Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa Avstraliyaya xəbərdarlıq etdi

Baxış: 320
Fransanın Avstraliya ilə əlaqələrindəki dərin böhran uzun müddət davam edəcək, inamı geri qaytarmaq və problemləri həll etmək üçün isə konkret addımlar atılmalıdır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yazılıb.
Nazirlik qeyd edib ki, Fransa səfirinin Kanberradan geri çağırılmasından sonra diplomatla hərtərəfli məsləhətləşmələr aparılıb.
“Avstraliyanın qərarından qaynaqlanan dərin böhran uzun müddət davam edəcək və həll edilməsi üçün konkret addımlar tələb edəcək”, - Fransa XİN-ni vurğulayıb.
Qeyd edək ki, Avstraliya daha əvvəl İngiltərə və ABŞ ilə AUKUS platforması çərçivəsində müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşığın qurulmasını və Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib.
“Əsrin Müqaviləsi” adlandırılan 90 milyard Avstraliya dolları (56 ​​milyard avro) həcmində olan müqavilər Barracuda tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu.
Fransa Xarici İşlər Naziri Le Drian Avstraliyanın bu addımını “arxadan vurulan zərbə” adlandırıb.
Paris həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.