Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

Baxış: 243
Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hökumət başçıları İranın sözügedən təşkilata daimi üzv kimi daxil olmasına razılıq veriblər.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı keçirilir.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb.
Təşkilatın yaradılmasında məqsəd beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən ibarət olub.
İran 2005-ci ildə bu təşkilata daxil olmaq üçün müraciət edib və ona müşahidəçi statusu verilib.
Hindistan və Pakistan da 2017-ci ildə təşkilata daxil olublar.
Təşkilatın mənzil-qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.