Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranlı general Azərbaycanla olan sərhəd xəttindən danışdı

Baxış: 313

İranın Ərdəbil vilayətinə səfər edən İran İslam Respublikasının Təhlükəsizlik Qüvvələri komandanı, general Hüseyn Əştəri onun ölkəsinin şimal sərhədlərində hər hansı bir problemin mövcud olmadığını bəyan edib.
General Hüseyn Əştərinin açıqlamasını İranın İRNA agentliyi dərc edib.
“Biz şimal sərhədlərimizdə, xüsusən də Azərbaycanla sərhəddə heç bir problemlə qarşılaşmamışıq. Hazırda hər iki ölkə arasında trafik tam təhlükəsiz şəraitdə fəaliyyət göstərir”, - deyə iranlı general söyləyib.
Hüseyn Əştəri İran-Əfqanıstan sərhədindəki son vəziyyəti də şərh edib.
O bildirib ki, hazırda sərhəddə nəqliyyatın hərəkətinə hər hansı maneə yoxdur və qonşu dövlətlə sərhəd təhlükəsizliyi tam təmin ediləndən sonra əfqanlar rahat şəkildə öz vətənlərinə geri qayıda biləcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.