Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək

Baxış: 290
Avropa İttifaqı liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudiyyət variantlarını dəyərləndirmə qərarı aldıqlarını açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, Aİ Şurası Moskvadan “daha konstruktiv münasibət” sərgiləməsi, bundan başqa, “Aİ və Aİ üzvü olan ölkələrlə üçüncü ölkələrə qarşı hərəkətlərini dayandırması”nı tələb edib.
Bəyanatda Aİ-nin münasibətində dəyişiklik olması üçün Rusiyaya “Minsk müqaviləsinin tətbiqi” çağırışı edilib.
Rusiyanın “qanunazidd, dağıdıcı və zərərli hərəkətlər sərgilədiyi” bildirilən bəyanatda buna Aİ üzvlərinin “sağlam və koordinasiyalı qarşılıq verməsinin” vacibliyi ifadə olunub.
Bildirilib ki, Aİ tərəfdaşları ilə koordinasiyalı şəkildə əlindəki vasitələrdən yararlanmalıdır:
“Bu məqsədlə Aİ Şurası Aİ Komissiyası və Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsini iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudlaşdırıcı tədbir seçimlərini təqdim etməyə dəvət edir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.