Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-la Danimarka arasında Qrenlandiya ilə bağlı mühüm razılaşma: Tramp detalları yazdı

Baxış: 54
ABŞ-la Danimarka arasında Qrenlandiya ilə bağlı mühüm razılaşma: Tramp detalları yazdı


ABŞ Danimarka ilə Qrenlandiyanın təhlükəsizliyi üzərində "daimi" nəzarət təmin edən razılaşma əldə edib.

Bunu ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ, Danimarka və Qrenlandiya adada Amerika hərbi mövcudluğunu genişləndirmək və Vaşinqtonun "düşmənləri" üçün girişi məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Razılaşmaya görə, ABŞ-ın yazılı razılığı olmadan NATO müttəfiqlərindən kənar ölkələr Qrenlandiyada hərbi bazalar və kontingentlər yerləşdirə və ya orada "həssas investisiyalar" edə bilməyəcəklər.
Tramp razılaşmanın müddətsiz olduğunu iddia edir.

Xatırladaq ki, Tramp ikinci prezidentlik müddəti başlayan kimi Qrenlandiyanı ABŞ-a birləşdirmək təşəbbüsü irəli sürüb. Bu, ABŞ-ın Avropadakı müttəfiqləri və adanın özündə böyük narazılıqla qarşılanıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.