
Özbəkistan əhalisinin işlətdiyi əlifbanın oxuma-yazmada problem yaradan apostroflu O' və G' hərfləri Ö və Ğ diakritik işarələri ilə əvəz olunacaq.
kun.az saytı xəbər verir ki, hərf birləşməsi şəklində olan Sh və Ch hərfləri isə Ş və Ç (bizim əlifbada olduğu kimi) diakritik işarələri ilə əvəz olunacaq.
Ali Məclisin Senatı “Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında” Özbəkistan Respublikasının qanununda dəyişikliklər edilməsi haqqında” qanunu təsdiqləyib.
Bundan əlavə, ng əlifbadan müstəqil hərf kimi çıxarılacaq. Tupuk işarəsi saxlanılacaq.
Senatın mətbuat xidmətinin məlumatına görə, qanun qüvvəyə minənə qədər mövcud əlifba əsasında buraxılmış sənədlər, milli valyuta və qiymətli kağızlar məhdudiyyətsiz dövriyyədə qalacaq. Dövlət orqanlarının və təşkilatlarının simvolları, prefiksləri və göstəriciləri istifadəyə yararsız hala düşənə qədər və ya müəyyən müddət ərzində işlədilməsinə icazə veriləcək.
Xatırladaq ki, Qanunvericilik Palatası bu qanunu 7 iyulda qəbul edib.







































