Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Baxış: 99
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı


Xəbər verdiyimiz kimi, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisi ilə bağlı hazırlıqlara başlanılıb və fərdi evlərin tikintisi üçün I mərhələdə 49 mln 595 min 510 manat xərclənməsi nəzərdə tutulub.
Sözügedən qəsəbəyə daha 7 mln 750 min 246 manat ayrılacaq.

Bu məbləğ "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi tərəfindən qəsəbənin qeyri-yaşayış obyektlərinin tikintisi üçün xərclənəcək.

Qeyd edək ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. 

Onu da qeyd edək ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.