Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İnsan nəcisindən beton hazırladılar - Evlər 42 faiz daha möhkəm olacaq

Baxış: 81
İnsan nəcisindən beton hazırladılar - Evlər 42 faiz daha möhkəm olacaq


Hindistanda alimlər kanalizasiya tullantılarından tikintidə istifadə etməyin qeyri-adi üsulunu hazırlayıblar.

Yeni texnologiya betonun möhkəmliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Manipal Universitetinin tədqiqatçıları təmizləyici qurğulardan götürülən insan mənşəli fekal şlamı piroliz yolu ilə biokömürə çeviriblər. Alınan toz beton qarışığına əlavə olunur və adi sementin müəyyən hissəsini əvəz edir.

Tədqiqatın nəticələrinə görə, sementin 10 faizinin bu biokömürlə əvəz edilməsi betonun əyilməyə qarşı möhkəmliyini 42 faiz, sıxılmaya qarşı möhkəmliyini isə 21 faiz artırıb.

Alimlər bunu biokömürün mikroskopik hissəciklərinin suyu özündə saxlaması və daha sonra tədricən buraxması ilə izah edirlər. Bu proses betonun bərkiməsinə və daha möhkəm struktur formalaşdırmasına kömək edir.

Texnologiyanın geniş tətbiqi Hindistanda eyni vaxtda iki problemin həllinə yardım edə bilər: şəhərlərdə kanalizasiya tullantılarının utilizasiyası və daha möhkəm tikinti materiallarının hazırlanması.

Tədqiqatçılar bu üsulu müəyyən mənada qədim Roma betonunun hazırlanma prinsipi ilə müqayisə edirlər. Fərq ondadır ki, romalıların istifadə etdiyi vulkanik külün yerini burada kanalizasiya tullantılarından alınmış biokömür tutur.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.