Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı

Baxış: 171
Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı


Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanın lideri İslam Yakut İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek əməliyyatın İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsi, MİT və Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirildiyini bildirib.

Məlumata görə, İslam Yakut 2017-ci ildən axtarışda olub. Onun uzun müddət Türkiyədə və xaricdə gizləndiyi ünvanlardan cinayətkar qruplaşmanı idarə etməyə davam etdiyi müəyyənləşdirilib.

Araşdırma zamanı Yakutun ANOM və SKY ECC şifrəli rabitə sistemləri vasitəsilə qruplaşma üzvlərinə göstərişlər verdiyi üzə çıxıb.

İstintaqın məlumatına əsasən, qruplaşma İran və Əfqanıstandan Avropaya heroin, Avropadan Türkiyəyə isə sintetik narkotik vasitələrin daşınmasını təşkil edib. Qruplaşmanın Türkiyə və Avropa ölkələrində ələ keçirilmiş ümumilikdə 2 ton narkotik vasitəyə görə məsuliyyət daşıdığı müəyyənləşdirilib.

Akın Gürlek narkotik baronlarının harada gizlənməsindən və izlərini hansı üsullarla itirməyə çalışmasından asılı olmayaraq, dövlətin təqibindən və ədalətdən qaça bilməyəcəklərini vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.