Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"

Baxış: 63
"Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"


Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün yeni xüsusi nümayəndə təyin etməyə tələsmir.

Bunun səbəblərindən biri belə bir formata artıq ehtiyac qalmaması ola bilər.

Şərqşünas Armen Petrosyan baş nazir Nikol Paşinyanın Ankara ilə işin bundan sonra hansı formatda davam etdirilməsinin müəyyənləşdirilməli olduğu barədə açıqlamasını şərh edərkən belə deyib.

Petrosyan xatırladıb ki, 2021-ci ildə xüsusi nümayəndələr təyin olunarkən Ermənistanla Türkiyə arasında birbaşa əlaqələr demək olar ki, yox idi. Hazırda isə həm ölkə liderləri, həm də xarici işlər nazirləri səviyyəsində təmaslar qurulub.

Ekspertin fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi qismən davam edir, qismən isə Türkiyənin irəli sürdüyü ilkin şərtlər səbəbindən dondurulmuş vəziyyətdədir.

Petrosyan hesab edir ki, prosesdə əsas amil Bakı olaraq qalır. Onun sözlərinə görə, Türkiyə Ermənistanla dialoqun gedişini Azərbaycan-Ermənistan danışıqlarının nəticələri ilə əlaqələndirməyə davam edir.

Ekspert Azərbaycanın Ankarada qəbul edilən qərarlara güclü təsirini nəzərə alaraq, Ermənistan-Türkiyə normallaşma danışıqlarının hazırda daha çox texniki xarakter daşıdığı qənaətindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.