Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...

Baxış: 54
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...


ABŞ və İran arasında memorandum imzalansa da, hələ ki, atəşkəsin daimi sülhə çevrildiyini söyləmək mümkün deyil. Bunu həftəsonu Amerikanın cənub qonşumuza endirdiyi yeni hava zərbələri də təsdiqləyir. “ABŞ təyyarələri atəşkəs sazişini pozduqlarına görə İranın raket və pilotsuz təyyarə saxlama yerlərini və sahil radar sistemlərini yenə vurdu”.


Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Onların heç vaxt dərs çıxarmamaları mümkündür! Elə bir məqam gələ bilər ki, artıq təmkinli davranmağımız mümkün olmasın və başladığımız işi hərbi yolla tamamlamağa məcbur qalaq. Əgər bu baş versə, İran İslam Respublikası artıq mövcud olmayacaq”, - Tramp bildirib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda isə deyilir ki, Amerikanın Sirikə endirdiyi zərbələr boğaz üzərində İranın dominantlığına xələl gətirmir. “Qaydaları pozanlara endirdiyimiz zərbələr boğazdan təhlükəsiz keçid marşrutunu nəzərə almayan digər gəmilər üçün açıq xəbərdarlıqdır. Regiondakı Amerika bazalarına gəlincə isə, bu artıq tamamilə başqa məsələdir. Onlar qarşıdakı günlərdə cəhənnəm yaşayacaqlar”, - bəyanatda qeyd olunub.
Proqnozlara görə, ABŞ-də keçirilən Futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra İrana qarşı müharibə şiddətlənəcək. DÇ-2026 bitməmiş İrana qarşı 3-cü müharibə başlaya bilərmi? Budəfəki müharibənin xarakteri əvvəlkindən nə ilə fərqlənəcək?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, hazırkı vəziyyətə əsasən, mundial başa çatan kimi ABŞ-nin İrana qarşı üçüncü və daha şiddətli müharibəyə başlayacağını qəti şəkildə söyləmək mümkün deyil: “Tarixi təcrübə göstərir ki, Vaşinqtonun hərbi qərarları əsasən təhlükəsizlik vəziyyəti, İranın davranışı və daxili siyasi amillərlə müəyyənləşir, idman tədbirlərinin təqvimi isə həlledici faktor sayılmır. Son zərbələr göstərir ki, memorandum və atəşkəs tərəflər arasında strateji qarşıdurmanı aradan qaldırmayıb. Əgər qarşıdurma yenidən genişmiqyaslı hərbi mərhələyə keçərsə, onun əvvəlki mərhələlərdən bir neçə əsas fərqi ola bilər. Birincisi, bu mərhələ əvvəlkilər kimi məhdud deyil, uzunmüddətli ola bilər. Hörmüz boğazı və Fars körfəzi əsas çüharibə məkanına çevrilə bilər. Hər iki tərəf uzaqmənzilli raketlərdən, kamikadze PUA-lardan və elektron müharibə vasitələrindən əvvəlkindən daha intensiv istifadə edə bilər. Münaqişə təkcə ABŞ və İran arasında qalmaya və daha geniş areala yayılar. Yaxın aylarda lokal hava zərbələri, məhdud hərbi əməliyyatlar və qarşılıqlı cavab hücumları ssenarisi daha real görünür”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.