
ABŞ ordusu İranın cənubunda yerləşən iki mühüm su anbarına hava zərbələri endirib.
Bu barədə iyunun 10-da İranın dövlət teleradioşirkəti IRIB öz "Telegram" kanalı vasitəsilə məlumat yayıb.
"ABŞ-nin Sirik bölgəsinə təşkil etdiyi hücum zamanı iki su anbarı hədəf alınıb və nəticədə həmin ərazidə su təchizatı tamamilə kəsilib", - rəsmi məlumatda qeyd olunub.
Hücum nəticəsində su anbarlarının tamamilə dağıdıldığı bildirilir.
Xatırladaq ki, iyunun 9-da ABŞ-nin İrana qarşı zərbələrə başladığı barədə məlumat yayılıb. Bu addım Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" tipli hərbi helikopterinin qəzaya uğramasına səbəb olan İran dronlarının hücumuna cavab olaraq atılıb.







































