Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tesla xidmətə cəlb olundu

Baxış: 54
Tesla xidmətə cəlb olundu


Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatlarında Tesla Cybertruck elektrik pikaplarından istifadəyə başlayıb.

Nazirliyin məlumatına görə, xüsusi təchiz edilmiş avtomobillər termal kameralarla təchiz olunmuş dronlar daşıyır. Bu sistemlər axtarış-xilasetmə əməliyyatlarında ərazinin kəşfiyyatının aparılması, itkin düşən şəxslərin müəyyənləşdirilməsi və əməliyyat qruplarının fəaliyyətinin koordinasiyası üçün istifadə olunur.

Məlumata görə, ilk Cybertruck Almatı şəhərinin fövqəladə hallar idarəsinə təhkim edilib. Avtomobil artıq bir sıra əməliyyatlarda istifadə olunub və müsbət nəticələr göstərib.

Qazaxıstan FHN bildirib ki, Cybertruck-un əsas üstünlükləri yüksək keçid qabiliyyəti, səssiz hərəkəti və güclü enerji ehtiyatıdır. Elektrik pikap fövqəladə hallar zamanı dronların, rabitə vasitələrinin və digər avadanlıqların enerji ilə təmin edilməsində də istifadə oluna bilir.

Rəsmilər bu təcrübənin uğurlu olacağı təqdirdə gələcəkdə əlavə Tesla Cybertruck avtomobillərinin də xidmətə cəlb edilə biləcəyini istisna etmirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.