Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rubio Ermənistanda bu sənədi imzalayacaq

Baxış: 54
Rubio Ermənistanda bu sənədi imzalayacaq


ABŞ-nin dövlət katibi Marko Rubio bu gün İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsi rəhbərinin iş qrafikində qeyd olunub. 

Sənədə əsasən, Rubio Mirzoyanla yerli vaxtla saat 15:30-da görüşəcək. Saat 16:00-da isə tərəflər hələlik məzmunu açıqlanmayan memorandumu imzalayacaqlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin səfəri çərçivəsində mediaya bəyanatlar, eləcə də iki ölkə arasında sənədlərin imzalanmasının gözlənildiyini açıqlamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.