Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ebola virusundan ölənlərin sayı artır

Baxış: 63
Ebola virusundan ölənlərin sayı artır


Konqo Demokratik Respublikasında peyvəndi olmayan nadir virus "Bundibugyo"dan ölənlərin sayı 130-u keçib.

"Hazırda Konqo Demokratik Respublikası (KDR) tarixinin ən çətin səhiyyə böhranlarından biri ilə üzləşir. Ölkədə ilk dəfə 1976-cı ildə aşkarlanan virus geri dönüb. Ebola virusunun "Bundibugyo" ştammı olduqca təhlükəlidir.

Virus qonşu Uqandanın paytaxtı Kampalaya yayılaraq bölgədə həyəcan səviyyəsini ən yüksək həddə çatdırıb.

Ölkənin coğrafi quruluşu və dərin sosial-iqtisadi böhran epidemiyanın genişlənməsinə şərait yaradır. Torpaqlarının 60%-dən çoxunun sıx meşələrlə örtülü olduğu bir ölkədə yoxsulluq pik həddə çatıb. Kənd əhalisinin qida ehtiyacının 80%-ni yarasalar, meymunlar və kirpilər ödəyir.

Keçmiş səhiyyə naziri Eteni Longondo insanların sağ qalmaq üçün bu heyvanları ovlamaqdan başqa çarələrinin olmadığını və bunun virusların insanlar arasında sürətlə yayılmasına səbəb olduğunu deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.