Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ölkədə əsgərləri robotlar əvəz edəcək

Baxış: 126
Bu ölkədə əsgərləri robotlar əvəz edəcək


Cənubi Koreyada kəskin demoqrafik böhran və əhali sayının azalması fonunda ordunun müdafiəsi "Hyundai" robotlarına həvalə edilə bilər.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Rəsmi Seul hərbi xidmətə çağırılanların sayının sürətlə azalması problemini həll etmək üçün süni intellektlə idarə olunan pilotsuz sistemlərə investisiya qoyuluşunu sürətləndirir. Ölkə ordusu robotların döyüş tapşırıqlarından kənar sahələrdə, xüsusilə müşahidə, kəşfiyyat və logistika işlərində istifadəsini nəzərdən keçirir.

Məqalədə qeyd olunur ki, potensial variantlar arasında "Boston Dynamics" şirkətinin dörd ayaqlı Spot robotu, dörd təkərli MobED mobil droidi və X-ble Shoulder ekzo-skeleti kimi geyilə bilən platformalar yer alır.

Qeyd edək ki, rekord dərəcədə aşağı doğum səviyyəsi səbəbindən son altı ildə Cənubi Koreya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 20% azalaraq 450 min nəfərə düşüb. Müdafiə Nazirliyinin proqnozlarına görə, 2040-cı ilə qədər bu rəqəm daha da azalaraq 350 min nəfərə çatacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.