Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı

Baxış: 45
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı


Erməni separatçılar bu dəfə İsveçrədə toplaşıblar.

Musavat.com “Hraparak” nəşrinə istinadən xəbər verir ki, oyuncaq “artsax xalqının hüquqlarını müdafiə komitəsi” Avropada görüşlər keçirib. Oyuncaq komitənin sədri Aşot Danielyanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Federal Parlamentində erməni hərbi canilərin azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılması, Qarabağdakı “mədəni irsi” müzakirə edib.



Tədbirdə “Dağlıq Qarabağ üçün İsveçrə Sülh Təşəbbüsü” komitəsinin həmsədrləri, deputatlardan Erix Fontobel və Stefan Müller-Altermat açılış niqti ilə çıxış ediblər. Xatırladaq ki, bundan əvvəl qondarma “Dağlıq Qarabağ xalqının fundamental hüquqlarının müdafiəsi komitəsi” və “İsveçrə-Ermənistan” assosiasiyası İsveçrədə “SOCAR Trading SA” şirkətinə qarşı absurd iddia ilə şikayət ərizəsi təqdim edib. Şikayət ərizəsində bildirilir ki, guya şirkət Qarabağın erməni əhalisinin “etnik təmizlənməsinə görə məsul olan dövlətə maliyyə dəstəyi göstərməklə beynəlxalq məsuliyyətli biznes davranışı standartlarını pozub”.

Martın 18-də isə Cenevrədə keçirilən mətbuat konfransında isə vurğulanıb ki, bir il əvvəl İsveçrə Federal Assambleyasının hər iki palatası İsveçrə Federal Xarici İşlər Departamentinə Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında sülh forumu təşkil etmək üçün təklif verib. Bundan başqa, Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi qəbul edilib.



Ümumiyyətlə, İsveçrə parlamentinin təşəbbüsləri, ayrı-ayrı deputatların fəaliyyəti, eləcə də bu ölkədə yerləşən institutlar və beynəlxalq QHT-lərin anti-Azərbaycan mövqeyi narahatlıq doğurmaya bilməz. Mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Qırmız Xaç Komitəsi ilə bağlı vəziyyət ayrıca diqqət çəkir.

İsveçrənin beynəlxalq QHT-si olan BQXK-nin Qarabağda fəaliyyəti Azərbaycan suverenliyinə zidd idi. Xankəndidə ofisi İrəvana tabe idi və komitə ofisi Bakıya tabe etmək istəmirdi. İşğal dövründə Qırmızı Xaç komitəsi humanitar yardım adı altında Azərbaycan suveren ərazilərdində qanunsuz ticarət dövriyyəsi təşkil edib. Ermənistandan Xankəndi şəhərinə qaçaqmalçılıq yolu ilə mal daşınması hallarını aşkar edilib. Bu da onun elan edilmiş missiyası ilə daban dabana zidd idi.

Qeyd edək ki, İsveçrə tarixi olaraq dünyada ən uzunmüddətli neytral dövlət (1815-ci ildən bəri) kimi tanınsa da, göründüyü kimi, Azərbaycan əleyhinə fəaliyyəti göz qabağındadır. Ən azından bu məsələdə neytral qala bilmədiyini və separatçıların yanında dayandığını nümayiş etdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.