Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Baxış: 189
Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər


Malayziya hökuməti qlobal enerji bazarındakı gərginlik fonunda yeni qənaət tədbirləri elan edib.

Bu barədə “Free Malaysia Today” məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdə artan gərginliyin yanacaq təchizatına təsirindən sonra dövlət qurumlarında çalışan işçilərin uzaqdan iş rejiminə keçəcəyi açıqlanıb.

Məlumata görə, Baş nazir Ənvər İbrahim bildirib ki, nazirliklər və dövlət şirkətləri də daxil olmaqla, dövlət sektorunda çalışan əməkdaşlar 15 aprel tarixindən etibarən məsafədən işləyəcəklər.

Onun sözlərinə görə, bu addımın əsas məqsədi yanacaq istehlakını azaltmaq və ölkənin enerji təchizatının davamlı təhlükəsizliyini təmin etməkdir. İş rejiminin detalları ilə bağlı əlavə məlumatın yaxın günlərdə açıqlanacağı qeyd olunub.

Baş nazir həmçinin vurğulayıb ki, hökumət enerji təhlükəsizliyini gücləndirmək üçün neft və qaz idxal mənbələrinin şaxələndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Ənvər İbrahim əlavə edib ki, artan neft qiymətlərinin təsirini azaltmaq üçün dövlət hər ay təxminən 993 milyon dollar xərcləyir və bu, ölkə üçün ciddi maliyyə yükü yaradır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.