Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib

Baxış: 126
İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib


İran eskalasiyanın başlamasından bəri İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı 80-ci raket zərbəsi dalğasını elan edib.

"Report" məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb.

SEPAH qeyd edib ki, əsas hədəflər İsrailin şimalında qüvvələrin toplaşma əraziləridir. Qurum iddia edib ki, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və pilotsuz təyyarə hücumlarına məruz qalacaq.

Əsas hədəflər arasında Tel-Əviv, Kiryat Şmona və ABŞ-nin Fars körfəzindəki dörd hərbi bazası var.

SEPAH zərbələrin maye yanacaq və bərk yanacaq raketləri, dəqiq idarə olunan bombalar və döyüş dronları istifadə edilərək həyata keçirildiyini bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.