Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Epşteynlə dost olmamışam” - Tramp

Baxış: 72
“Epşteynlə dost olmamışam” - Tramp


“Mən nəinki Ceffri Epşteynlə dost olmamışam, üstəlik, Ədliyyə Nazirliyi tərəfindən yenicə açıqlanan məlumatlara əsasən, Epşteynlə Maykl Volf adlı səfil, yalançı bir müəllif mənə və ya prezidentliyimə zərər vurmaq üçün əlbir olub”.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Tramp bununla da Radikal Solun ümid bəslədiyi arzuların puça çıxdığını və onların bəzilərini məhkəməyə verəcəyini bildirib.

“Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc Epşteyn adasına heç vaxt getməmişəm. Amma bu Korrupsiyalaşmış Demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub”, - Tramp əlavə edib.(apa)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.