Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-də ölənlərin sayı 80-ni keçdi

Baxış: 45
ABŞ-də ölənlərin sayı 80-ni keçdi


ABŞ-də tüğyan edən qar fırtınasının qurbanlarının sayı 85 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Assosiated Press” agentliyi fəlakətdən ən çox zərər çəkmiş ştatların hakimiyyət orqanlarından əldə etdiyi statistik göstəricilərə istinadən məlumat yayıb.

Bildirilir ki, ölüm hadisələrinin təxminən yarısı qış fəslinin adətən sərt keçmədiyi cənub ştatları - Tennessi, Missisipi və Luizianada qeydə alınıb.

Hava şəraiti ilə əlaqəli ölüm halları əsasən hipotermiya, dəm qazı zəhərlənməsi və nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş qəzalar səbəbindən olub.  

Xatırladaq ki, daha əvvəl güclü qar fırtınası nəticəsində ölənlərin sayının 73 nəfər olduğu bildirilirdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.